Bu il Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 122 müraciət daxil olub

Cari ilin ilk 3 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 122 müraciət daxil olub. Bu barədə Komitədən məlumat verilib.
Bildirilib ki, bu müraciətlərə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən zərərçəkmiş şəxslərə 15 mühafizə orderi verilib.
Daxil olan müraciətlərdə psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib. Şikayət edənlərin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























