• $
  • €
  • ₽
  • ₺
  • £

“ARB”də qeyri-dəqiq reklam gedib - Yayımı müvəqqəti dayanacaq

“ARB”də qeyri-dəqiq reklam gedib - Yayımı müvəqqəti dayanacaq
12.04.2023 14:37
17 fevral 2023-cü il tarixində "ARB" televiziya redaksiyasının efirində nümayiş olunan teleticarət blokunun daxilində yayımlanan "Məhəmməd Əfəndiyev, Varikoz mərkəzi - Varikozdan lazer üsulu ilə azad olun" məzmunlu reklam materialında "Klinikamızda bütün xəstəliklərə çarə var" ifadəsinin işlədilməsi ilə qeyri-dəqiq reklama yol verilib. Bu barədə 12 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının videoformatda keçirilən iclasında bildirilib.

Belə ki, iclasda qeyri-dəqiq reklam yayımı faktı ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Şuraya daxil olmuş məktub və həmin məktuba əsasən həyata keçirilmiş monitorinqin nəticələri müzakirə olunub.

"Müzakirələrin yekunu olaraq Azərbaycan Respublikası Audiovizual Şurası "Reklam haqqında"Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsini, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq "ARB 24" Məhdud Məsuliyyətli Cəmiyyətinin "ARB" televiziya redaksiyasının proqramlarının yayımının 16 aprel 2023-cü il tarixdə saat 13.00-dan saat 16.00-dək 3 (üç) saatlıq dayandırılması ilə bağlı qərar qəbul etmişdir.

Bu qərarla bağlı qanunvericiliyin tələbini pozmuş yayımçıya məlumat verilmiş, habelə digər yayımçılara da bu məsələdə diqqətli olmaları tövsiyə olunmuşdur", - məlumatda deyilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol