• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxda daha 13 küçəyə şəhid adı verilib

Qazaxda daha 13 küçəyə şəhid adı verilib
12.04.2023 23:00
Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adları verilib. Bu barədə Qərb bürosu xəbər verir.

Həmin küçələrə Vətən müharibəsi və ötən il sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən canından keçən aşağıdakı 13 şəhidin adı verilib:
- şəhid baş leytenant Kazımov Yunis Qasım oğlu, şəhid leytenant Nağıyev Murad Mayıl oğlu, şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu, şəhid leytenant Yaqubov Mayis Rəhim oğlu, şəhid baş gizir Məmmədov Azər Mustafa oğlu, şəhid gizir Kərimov Azad Zakir oğlu, şəhid gizir Məmmədov Amid Müqabil oğlu, şəhid gizir İsmayılov Tahir Niyazi oğlu, şəhid çavuş İsgəndərov Pərvin Pərviz oğlu, şəhid kiçik çavuş Məmmədov Əhməd Nazim oğlu, şəhid çavuş Nəsibov Elməddin Yusif oğlu, şəhid əsgər Daşdəmirov Elfak Eltun oğlu, şəhid əsgər Omarov Elmar Elvar oğlu

Tapşırığa əsasən, yeni adlandırılmış küçələrdə qısa müddət ərzində ünvan lövhələri yerləşdiriləcək.

Bundan əvvəl isə şəhid mayor Namiq Əhmədovun, şəhid kapitan İmamverdi İsmayılovun, şəhid baş leytenant Nəbi Hüseynovun, şəhid gizir Anar Nağıyevin, şəhid baş çavuş İsmayıl Qəsəbovun, şəhid kapitan Rövşən Pənahovun, şəhid baş leytenant Xaliddin Nəsibovun, şəhid leytenant Qismət Həməşəyevin, şəhid gizir Səbuhi Məmmədovun, şəhid gizir İlkin Şükürovun, şəhid kiçik gizir Röyal Mədətovun və şəhid əsgər Sakit Allahverdiyevin adı şəhərdəki 12 adsız küçəyə verilib.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol