3,4 faiz respondent Azərbaycanı qeyri-sabit və təhlükəli hesab edir -STM

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən monitorinq zamanı Azərbaycanın təhlükəsizlik və ictimai sabitlik baxımından respondetlərin 66,2%-i Azərbaycanı sabit və təhlükəsiz, 3,4% respondent isə qeyri-sabitlik və təhlükəli olduğunu vurğulayıb. Bu barədə Sosial Tədqiqatar Mərkəzindən bildirilib.
Respondentlərin 28,4%-i Azərbaycanı ictimai sabitlik və təhlükəsizlik prizmasından dəyərləndirməklə yanaşı, kənar təhlükə risklərini də istisna etməyiblər.
Sorğular 2023-cü ilin aprelin 1 və 6-ı aralığında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib.
Monitorinq telefonla müsahibə formasında keçirilib və 12 iqtisadi rayonu əhatə edib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























