İcra başçısı və millət vəkili ərazidə Yasamal sakinləri ilə görüşdülər

Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti birgə səyyar görüş keçirilib.
Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Ülvi Quliyev vətəndaşlarla görüşüblər. Səyyar qəbul rayondakı 167 saylı tam orta məktəbin akt zalında baş tutub. Görüşdə Yasamal rayonunun sakinləri, habelə rayon icra hakimiyyətinin məsul şəxsləri, Yasamal bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Öncə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndərin 100 illiyi ilə baglı rayonda həyata keçirilən tədbirlər və planlar barədə ətraflı məlumat verdi.
Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri qarşılaşdıqları problemlər barədə ətraflı danışmağa çağırdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























