Bağçalarda isti yeməklərin verilməsi ilə bağlı pilot layihə həyata keçirilir

Bakının 3 rayonu, Bərdə, Gəncə və Mingəçevirdə bağçalarda isti yeməklərin verilməsi ilə bağlı hazırda pilot layihə həyata keçirilir. Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev açıqlamasında deyib.
www.anews.az
O bildirib ki, layihə uğurlu olarsa digər bağçalarda da isti yeməklırin verilməsinə başlanılacaq.
Ölkədə 1825 uşaq bağçası var. Onlardan 1692-i dövlətə məxsusdur. Orada 126 mindən çox uşaq tərbiyə alır. Azərbaycanda 133 özəl bağça fəaliyyət göstərir. Orada 5124 uşaq var.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























