• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Şamaxı yolunda dəhşət: bir ailənin 3 üzvü öldü

Bakı-Şamaxı yolunda dəhşət: bir ailənin 3 üzvü öldü
19.03.2014 20:08
 Bakı-Şamaxı yolunda dəhşətli avtomobil qəzası baş verib, 3 nəfər ölüb, 5 nəfər ağır xəsarət alıb.APA-nın məlumatına görə, hadisə bu gün saat 17:00 radələrində Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb. Məlumata görə, 99 GH 309 və 99 FH 377 dövlət nömrə nişanlı iki “Mersedes” markalı minik maşını və 90 RT 309 dövlət nömrə nişanlı “Daewoo Nexia” markalı maşınlar toqquşub. Hadisə nəticəsində Ağsu rayon sakinləri - 1958-ci il təvəllüdlü Orucəliyev Cümşüd Rəcəb oğlu, onun iki oğlu - 1987-ci il təvəllüdlü Orucəliyev Rafiq Cümşüd oğlu, 1984-cü il təvəllüdlü Orucəliyev Rasim Cümşüd oğlu aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Cümşüd Orucəliyevin həyat yoldaşı 1955-ci il təvəllüdlü Hökumə Orucəliyeva və 2009-cu il təvəllüdlü nəvəsi Aytac Orucəliyev, eləcə də Qəbələ rayon sakinləri - 1952-ci il təvəllüdlü Əliyev Qurban Cəfər oğlu, 1941-ci il təvəllüdlü Əhmədov Əziz Hacıməmməd oğlu, 1985-ci il təvəllüdlü İmanova Leyla Qurban qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə cəlb olunan FHN-in Şamaxı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri xüsusi alətlərdən istifadə edərək maşınların içində sıxılıb qalmış ölü və yaralıları çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol