• $
  • €
  • ₽
  • ₺
  • £

Novruz bayramı günlərində müşahidə olunacaq kosmik hava proqnozunu açıqlandı

Novruz bayramı günlərində müşahidə olunacaq kosmik hava proqnozunu açıqlandı
19.03.2014 20:03
 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 20-27 mart tarixlərində müşahidə olunacaq kosmik hava proqnozunu (Günəş aktivliyi və geomaqnit qasırğa) açıqlayıb. APA-nın AMEA Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadən verdiyi xəbərə görə, rəsədxananın direktor müavini Elçin Babayev bildirib ki, hazırda günəşin diskinin 9 regionunda aktivlik və 125 müxtəlif ölçülərdə ləkələr müşahidə olunur. O deyib ki, proqnozlaşdırılan günlərdə (yaxın 1 həftə ərzində) əvvəlki günlərdə olduğu kimi Günəşin alovlanma aktivliyinin yüksək səviyyədə qalacağı, onun yayılmasının orta enerjidə-M klass həddində (ehtimal-40%) ola biləcəyi proqnozlaşdırılır: “Növbəti bir neçə gün üçün proqnoz vermək çətindir. Kosmik havanın öyrənilməsi istiqamətində aparılan analizlərin nəticəsi göstərir ki, müxtəlif dövrlərdə narahatlığın artması ilə 20-27 mart tarixlərində ümumi (planetar) geomaqnit vəziyyət orta gərginlikdə olacaq. Yaz dövründə meteoroloji şəraitin tez-tez və kəskin dəyişməsi risk qrupuna daxil olan xroniki xəstəliklər, yaşlı insanlar və uşaqların səhhətində narahatlıq-diskomfort hissi yaradacaq. Sağlam və meteohəssas olmayan insanlar üçün isə narahatlığa gərək yoxdur”. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol