• $
  • €
  • ₽
  • ₺
  • £

MTN-dən daha bir əməliyyat

MTN-dən daha bir əməliyyat
19.03.2014 17:47
 Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Səhiyyə Nazirliyi (SN) tərəfindən həyata keçirilmiş birgə tədbirlərlə insanların sağlamlığının qorunması işini tənzimləyən qaydaların kobud surətdə pozulması ilə bağlı fakt aşkarlanıb.MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməyən saxta dərman vasitələri hazırlayaraq satışını həyata keçirmək niyyətində olan şəxslər müəyyənləşdirilmiş, qabaqlayıcı tədbirlər nəticəsində saxta məhsulların aptek şəbəkələrində satışa çıxarılmasının qarşısı alınıb. Azərbaycan vətəndaşı, Ağsu rayon sakini, 1971-ci il təvəllüdlü, ixtisasca ali təhsilli əczaçı Gərayev Tofiq Ağababa oğlu dərman vasitələrinin tərkibi və hazırlanması barədə biliklərindən istifadə edərək ucuz qiymətə aldığı «no-şpa», «bromqeksin», «seftriakson» tərkibli, eləcə də mənşəyi məlum olmayan digər dərman vasitələrinin qutularını və etiketlərini dəyişdirib həmin dərmanları Rusiya və Türkiyə istehsalı olan, bahalı «Primavir», «Sefoqram», «Pulmaksol» və sair adla hazırlayaraq satışını təşkil etməyə cəhd göstərib. «Primavir», «Sefoqram» və «Pulmaksol» adlı dərman vasitələrinin qutuları, etiketləri və içlik vərəqələri Göyçay rayon ərazisində yaşayan, 1985-ci il təvəllüdlü, Müzəffərov Polad Tofiq oğluna məxsus mətbəədə hazırlanaraq çap olunub. Qanunazidd əməllərini ört-basdır etmək məqsədilə Polad Müzəffərov dərman vasitələrinə aid mətbəə ləvazimatlarını yandırmış, lakin hadisə yerinin müayinəsi zamanı saxta dərman vasitələrinin hazırlanmasına aid həmin mətbəə ləvazimatları - dozakl və plyonkalar aşkar edilərək götürülüb. Keçirilmiş baxış zamanı qanunsuz dərman vasitələrinin istehsalına dair çoxlu sayda, o cümlədən saxta dərman vasitələrinin nümunələri, habelə içərisində şəffaf maye olan etiketsiz 3 min 600 ampula, 2 min 400 ədəd “Pulmoxol” dərman qutusu, onun üçün 5 min 480 etiket və 2 min 576 ədəd təlimat, 5 min ədəd «Primavir» dərman qutusu, onun üçün 86 min 30 ədəd etiket və 4 min 500 ədəd təlimat, 1400 ədəd “Sefoqram – 1q”  dərman qutusu və onun üçün 1965 ədəd dərman etiketi, həmçinin 838 ədəd ampula üçün boş tara, dərman etiketlərinin hazırlanması üçün neqativlər, xüsusi avadanlıqlar və alətlər aşkarlanaraq maddi sübut kimi götürülüb və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə göndərilib. Hazırda saxta dərman vasitələrinin hazırlanmasında və satışının təşkilində şübhəli bilinən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol