• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: "Sovetski" sakinlərinə yumşaq yanaşılmalıdır" - MÜSAHİBƏ

Deputat: "Sovetski" sakinlərinə yumşaq yanaşılmalıdır" - MÜSAHİBƏ
28.05.2020 21:16
Parlamentin deputatı və hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə ilə Bakıda keçirilən tədbirlərin birində görüşdüm və müşahidə etdim ki, gənclər salamlaşmaq, hansısa problemləri müzakirə etmək, birlikdə şəkil çəkdirmək üçün iclas foyesində ona yaxınlaşırlar.Bu növbədə sonuncu şəxs mən oldum. Biz çay götürdük və divanda əyləşdik.- Bu günün gəncləri AzTV və “Lider” televiziyasının verilişlərinə baxmırlar, çoxları Avropada təhsil alıblar və liberal, demokratik dəyərlərə yönəliblər. 20 il sonra onlar Azərbaycan xalqı olacaqlar. Sizə elə gəlmirmi ki, Azərbaycanda dövlət təbliğatı onlarla ünsiyyətdə gecikir?- Bu gənclər Azərbaycan xalqının bir hissəsidir və xoşuma gəlir ki, bizim xalqımız və bu gənclər bu qədər kreativdirlər. Mühafizəkar deyillər, bizim kimi düşünmürlər, bəzən onların yüksək eqosu olur, onlar yeni binalara çəkilirlər. Onlar dünyada gedən prosesləri öz simalarında Azərbaycana gətirirlər. Onların hansı telekanallara baxmasının və informasiyanı hansı mənbədən almalarının elə bir əhəmiyyəti yoxdur. Əsas olan odur ki, onlar Azərbaycanı sevirlər, Azərbaycan xalqının övladları olmalarından qürur duyurlar və cəmiyyəti daha da yaxşılaşdırmağa çalışırlar. Biz fərqlənə bilərik, əynimizdəki geyimlər fərqli ola bilər, amma əsas məsələ odur ki, bu adamlar nə düşünürlər, nəyin olmasını istəyirlər və nə edirlər.Dünyada sərhədlər açıldığından, bizim gənclərimiz ölkəmizin müasirləşməsində, müasir tendensiyaları Azərbaycana cəlb etməkdə maraqlıdır. Bu, məni sevindirir. Buna təəccüblənmək lazım deyil.Azərbaycan dövlətinin rəsmi siyasəti yeni vəziyyətdən asılı olaraq dəyişir. Bu gün bu gənclər dövlət vəzifələrinə təyin olunur və onlar xaricdə bizim dövlətimizin nümayəndəsi olurlar, xarici həmyaşıdları ilə müvəffəqiyyətlə rəqabət aparırlar. Düşünmürəm ki, Azərbaycan gənclərinin ümumi inkişafı bizim dövlətimizin rəsmi siyasətinə ziddir.- "Sovetski küçəsi" ətrafında cərəyan edən kütləvi hadisələr dövlətin xalqla ünsiyyətə olan münasibətini dəyişdirdi. Əvvəllər köhnə məhəllələr sökülərkən dövlət sakinlərlə məsləhətləşmirdi, onları evlərindən kobud şəkildə bayıra atırdı. Bu hadisələr dünya mətbuatında işıqlandırılırdı, Azərbaycan dövlətini bakılıların mülk haqlarının pozulmasına görə ittiham etdilər. Amma "Sovetski" sakinlərinə münasibətdə dövlət dialoqa getdi, sakinlərlə görüşdü, onların fikirlərini dinlədi və hətta onlara söz verdi ki, heç kəs zorla köçürülməyəcək. Bu, o demək deyilmi ki, dövlət Bakıda 10 min evin sökülməsi kimi genişmiqyaslı yenilikləri müzakirə edərkən sadə insanların maraqlarını nəzərə almalı və xalqla məsləhətləşməlidir?- Siz maraqlı mövzuya toxundunuz. Azərbaycan təxminən 20 ildir müstəqildir, dövlətin belə kütləvi köçürülmələrlə bağlı təcrübəsi yoxdur. Nə sovetdə, nə müstəqil Azərbaycanda vətəndaşların kütləvi köçürdülməsi təcrübəsi deyildi. Mən sizinlə razıyam ki, insanları özləri köçmək istəmədiyi təqdirdə, evlərindən zorla çıxartmaq, onların kommunal kommunikasiyalarını söndürmək olmaz. Ayrı-ayrı vətəndaşlar barəsində mülkiyyət haqlarının kobud pozuntusu hadisələri azdır, amma hətta əgər belə hadisələr bir neçədirdə, bu, yenə də yolverilməzdir. Bu yaxınlarda bu küçədə baş verən hadisələri işıqlandıran mətbuatda mən maraqlı cümlə ilə qarşılaşdım: polis sakinlərlə nəzakətli davrandı. Yəni xalqla ünsiyyət təcrübəsinin artması nəticəsində dövlət birgə müzakirənin və qərarların həllinin yumşaq metodlarını tapır. Bütün sovet illərində "Sovetski"nin sökülməsi planlaşdırılırdı, amma SSRİ bu məhəlləyə yaxın dura bilmədi. Bu gün müstəqil Azərbaycan bu böyük problemi həll edir. Orada təxminən 10 min köhnə ev var. Və köhnə evləri olan belə məhəllələr Bakıda az deyil. Əgər nəzərə alsaq ki, hər ev sahibinə orta hesabla təxminən 40 min manat veriləcək, demək, yalnız bir böyük məhəllənin tikilməsi üçün təxminən yarım milyard manat vəsait xərcləmək lazımdır. Köhnə tikililəri olan rayonlar Bakıda az deyil. Bizim dövlətimiz qəfildən belə xərclərə gedə bilməz."Sovetski" problemi tədricən və 2-3 il ərzində həll ediləcək. Mən baş nazirin müavini Abid Şərifovun çıxışını diqqətlə oxudum. O, dedi ki, indi bu rayonda yaşayış fondunun inventarizasiyası gedir. Kim ki dərhal köçməyə hazırdır, o, pulunu alacaq və çıxacaq. Qalanları qala bilər, onlarla iş aparılacaq.Sakinlərin bir qrupu bir kvadrat metrə min beş yüz manat kompensasiya verilməsindən razıdırlar. Başqa qrup yaxında mağaza tikdi və bütün ailə o mağazadan gələn gəlirlərin hesabına yaşayır. Bu mağazadan 4-5 kvadrat metrə görə pul kompensasiyası bu ailəni qane edə bilməz. Bakılıların üçüncü qrupu 15-30 kv metr ölçüsündə olan kiçik mənzillərdə yaşayır. Onlar üçün, mən hesab edirəm ki, şəhərin istədikləri yerində çoxmərtəbəli evlər tikilə bilər. Dövlət insanların daha geniş evlə təmin edilə biləcəyi ucuz məhəllələrin tikintisi maliyyələşdirə bilər.- Azərbaycanlılarla ermənilərin müzakirə apardıqları internet forumlarda, xarici forumçulardan biri ermənilərə dedi: nə vaxta qədər Azərbaycanda insan hüquqları kütləvi şəkildə pozulur və jurnalistlər həbs edilir, Ermənistanda və Gürcüstanda isə belə deyil, ermənilər Dağlıq Qarabağ məsələsində sakit ola bilərlər. Həqiqətən də, Azərbaycandakı hadisələrdən xəbərdar olan xristian dünyasının Qarabağ ermənilərinə yazığı gəlir və şüuraltı olaraq onların Azərbaycana tabe olmasını istəmirlər. Belə çıxır ki, Azərbaycan dövləti özü Avropa və Amerikaya ikili siyasət aparmağa əsas verir – bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək, amma Qarabağın tədricən Azərbaycan dövlətinə qaytarılmasına hər cür mane olmaq.-  Mən buna başqa nöqteyi-nəzərdən baxıram. Milliyyətimizdən və dinimizdən asılı olmayaraq, biz dünya cəmiyyətinin üzvləriyik. Dünya sabitliyə riayət edilməsində, beynəlxalq hüquq normalarının icrasında maraqlıdır. Buna görə sizin tərəfinizdən göstərilmiş vəziyyətlərdən asılı olmayaraq mən dünya ictimaiyyətindən hüquq normalarına riayət edilməsini gözləyirəm. Düşünmürəm ki, Azərbaycana münasibətdə bu normalara məhəl qoymamaq olar.Digər tərəfdən, Azərbaycana zərər vermək arzusunda olanlar, həmişə bizim həyatımızda hansısa bir arzuedilməz epizod tapa bilərlər. Bu gün Bakıda bir çox sakinlərin daha yaxşı evlərə köçürülməsi prosesi gedir. "Sovetski" də təxminən 10 min evdən sakinlər köçəcəklər. Hətta əgər 10 min evdən birinin sahibi narazı qalsa, bizim bədxahlarımız bu faktı fürsət bilərək Azərbaycan əleyhinə qarayaxma kampaniyasına başlayacaq. Onların hədəfi – Azərbaycanı dünya mədəni proseslərindən sapdırmaqdır ki, idarə etmək daha yüngül olsun.Amma biz cəmiyyətin demokratikləşdirilməsi yolunda əminliklə gedirik. Bizim ayrı-ayrılıqda səhvlərimiz və problemlərimiz ola bilər, amma həm bizim, həm də xarici təcrübəni nəzərə alaraq, Azərbaycanda beynəlxalq tədbirlər keçirərək, biz rəqiblərimizə göstərəcəyik ki, getdiyimiz yoldan döndərmək mümkün deyil.Kamal ƏliANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol