• $
  • €
  • ₽
  • ₺
  • £

Daha 5 qadın dini ayin icraçısı məscidlərə təyinat alıb

Daha 5 qadın dini ayin icraçısı məscidlərə təyinat alıb
14.04.2023 18:56
Daha 5 qadın dini ayin icraçısı Saatlı rayonu "Varxan” kənd, Quba şəhəri "Cümə”, Siyəzən şəhəri "Cümə”, Ağdaş şəhəri "Hacı Məhəmməd” və Zaqatala şəhəri "Cümə” məscidlərinə təyin olunublar.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edilir ki, Komitə tərəfindən 13-15 fevral 2023-cü il tarixində İslam dininə aid ibadət yerlərində qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün keçirilmiş müsahibədə iştirak edən və uğur qazanaraq təyinat almış bir qrup qadın dini ayinlərin icraçıları ilə görüş keçirilib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı görüş zamanı ölkədəki dini durum, dövlətin dini abidələrə və din xadimlərinə göstərdiyi yüksək diqqət və qayğısından bəhs edib. Dini ayin icraçılarına müvafiq tövsiyələr verərək, fəaliyyətlərində Azərbaycan reallığı və ölkəmizin tarixi dini ənənələrinin əsas götürülməsinin vacibliyini diqqətə çatdırıb. Qurbanlı dini mərasimlər zamanı İslami dəyərlərin olduğu kimi təbliğ edilməsinin vacibliyini vurğulayıb.

Daha sonra qadın dini ayinlərin icraçılarının fikirləri və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Görüşdə iştirak edən qadın dini ayin icraçıları Dövlət Komitəsi sədrinin müvafiq əmri ilə Saatlı rayonu "Varxan” kənd, Quba şəhəri "Cümə”, Siyəzən şəhəri "Cümə”, Ağdaş şəhəri "Hacı Məhəmməd” və Zaqatala şəhəri "Cümə” məscidlərinə təyin olunublar.

Xatırladaq ki, bundan öncə təyinat almış 10 nəfər qadın dini ayin icraçısı artıq respublikamızın müxtəlif şəhər və rayonlarında yerləşən məscidlərdə fəaliyyət göstərirlər

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol