• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda Uşaqlar bizim gələcəyimizdir mövzusunda regional konfrans keçirilib

Lənkəranda Uşaqlar bizim gələcəyimizdir mövzusunda regional konfrans keçirilib
15.04.2023 16:37
Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Lənkəranda "Uşaqlar bizim gələcəyimizdir” mövzusunda regional konfrans keçirilib.

Toplantıda DİN-in aidiyyəti əməkdaşları ilə yanaşı, Elm və Təhsil Nazirliyinin, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, yerli icra hakimiyyətləri orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə azyaşlıların sağlam mühitdə tərbiyə olunması, gələcəkdə cəmiyyətimizə layiqli vətəndaş kimi yetişməsi istiqamətdə görülməli olan işlər müzakirə edilib.

Qeyd edilib ki, bu gün DİN digər aidiyyəti qurumlarla əlaqəli şəkildə məişətdə, ailədə, təlim-tərbiyə müəssisələrində yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması işini mövcud qanunvericilik, beynəlxalq normativ hüquqi aktlar və mütərəqqi iş üsulları əsasında ən yaxşı formada həyata keçirir.

Çıxışlarda həmçinin, təhsildən yayındırılma, erkən nikahlar və zərərli vərdişlərə meylilik kimi neqativ hallara qarşı mübarizəni daha səmərəli təşkil etmək üçün görülməli olan işlər sadalanıb.

Bildirilib ki, gələcəyin xoşbəxt və sağlam cəmiyyət modelinə zərbə olan bu kimi neqativ hallara qarşı təkcə dövlət qurumları deyil, cəmiyyətin hər bir fərdi öz barışmaz mövqeyini nümayiş etdirməlidir.
 
Tədbir çərçivəsində müzakirə olunan mövzularla bağlı videoçarxlar nümayiş etdirilib, konkret misallarla hüquqi maarifləndirmə və təbliğat-təşviqat işinin gücləndirilməsinin vacibliyinə diqqət çəkilib, bir sıra təkliflər səsləndirilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol