Azərbaycanda baş redaktor həbs olundu

Azərbaycanda qəzet baş redaktoru dələduzluğa görə tutulub.
ANN.Az APA-ya istinadən xəbər verir ki, Nəsimi Polis İdarəsindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluqda təqsirləndirilən 1980-ci il təvəllüdlü Yusif Məhəmməd oğlu Osmanlı saxlanıb.
Polisdən həmçinin bildirilib ki, Y. Osmanlı bir neçə vətəndaşa qarşı dələduzluq etdiyinə görə, bir müddət əvvəl axtarışa verilibmiş.
Y. Osmanlı “Yeni Avropa” qəzetinin təsisçi və baş redaktorudur.
ANN.Az
























