• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda özünüzü qara eynəkli cinayətkardan qoruyun - DİQQƏT!

Bakıda özünüzü qara eynəkli cinayətkardan qoruyun - DİQQƏT!
19.03.2014 14:58

Onun eynəkli fotoları polis bölmələrinə paylanılıb.

Son aylarda Bakıda bankomatlardan qeyri-qanuni pul çıxarılması ilə bağlı polisə edilən şikayətlərin sayı xeyli artıb.

ANN.Az Lent.az-a istinadən xəbər verir ki, əsasən yaşlı sakinlər kart vasitəsi ilə təqaüdlərini götürməkdə səriştəli olmadığından aldanırlar.

Bildirilir ki, son vaxtlar Bakıda vətəndaşların kartlarının balansındakı vəsaitin qeyri-müəyyən formada yoxa çıxması paytaxtda fəaliyyət göstərən cinayətkar qruplaşmanın fəaliyyətinin nəticəsidir. Bu formada yüzlərlə təqaüdçünün pulu “itib”.

Araşdırmalarla müəyyən edilib ki, Bakının müxtəlif ərazilərində, əsasən Yasamal rayonu ərazisində dolaşan qara eynəkli, baş geyimindən istifadə edən şəxs müxtəlif vaxtlarda bankomatlardan pul çıxarmağa çalışan və bu işdə çətinlik çəkən şəxslərə yaxınlaşır. Vətəndaşların etibarından sui-istifadə edən şəxs kartın aparata salınmasından sonra onlayn əməliyyat vasitəsi ilə balansdakı pulu bank hesabına köçürür.

Daha sonra sistemdə problemin olduğunu deyən həmin şəxs təqaüdçünün kartını özünə qaytararaq uzaqlaşır. Bankomatdan pul çıxarılmadığını görən şəxslər isə nəyin baş verdiyini çox-çox sonra anlayır.

Vətəndaşların ifadələri və bankomatların çəkdiyi fotolar vasitəsi ilə qara eynəkli şəxslə bağlı müəyyən məlumatlar toplansa da, onun şəxsiyyəti hələ də müəyyənləşdirilməyib. Ehtimal edilir ki, bankomat “yardımçısı” üst geyimi, eynək və baş geyimini dəyişdirməsi nəticəsində hələ də məsuliyyətdən yayına bilir. Bununla belə onun eynəkli fotoları polis bölmələrinə paylanılıb.

O da bildirilir ki, bankomatdan hansısa bank hesabına köçürülən vəsait sürətlə müxtəlif hesablar arasında dövriyyə edərək iz azdırmağa çalışır.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol