Cari ilin iki ayında boşananların sayı artıb

2023-cü yanvar fevralında boşananların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5%-dən 1,8%-ə yüksəlib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında qeyd olunub.
Bildirilib ki, bu dövr ərzində 7541 nikah və 3014 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb.
Statistika Komitəsinin məlumatına görə cari ilin yanvar-fevralında ölkədə 19158 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,7 təşkil edib.
Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.
Doğulan körpələrdən 610-u əkiz, 45-i üçəm olub.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























