• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda əsir düşən Azərbaycan hərbçiləri həbs olunub

Ermənistanda əsir düşən Azərbaycan hərbçiləri həbs olunub
17.04.2023 13:24
İrəvan məhkəməsi Azərbaycan əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundovun Ermənistanla sərhədi qanunsuz keçməsinə görə həbs edilməsinə qərar verib. Bu barədə bazar ertəsi Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb

"Aqşin Bəbirov və Hüseyn Axundov bir qrup şəxslə qabaqcadan razılaşdırılaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə və odlu silah və sursat daşımaqda ittiham olunurlar”, - məlumatda deyilir.
 
Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, Ermənistan ona görə belə bir addım atıb ki, öz əsirlərini bizim əsirlərlə dəyişmək istəyir. 
 
"Gözlənilən adım idi. Burada təəccüblü bir şey yoxdur. Ermənistanın yeganə məqsədi Azərbaycan Ordusunun əsgərlərini şərləsin və Azərbaycanda olan erməni  hərbiçilər ilə dəyişsinlər. Əgər əsgərlər üçün cinayət işi açılmasaydı, məcbur Azərbaycana geri qaytarmalı idilər. Bundan əvvəl erməni əsgərləri Azərbaycan ərazisinə keçəndə cinayət işi qaldırmadan geri qaytarmışdıq. O zamanlar sülhməramlılar işə müdaxilə etmişdilər. İndi isə sülhməramlılar,  nə də Rusiya bu məsələyə fəallıq göstərmədilər. Mən düşünürəm ki, bu yaxın aylarda  hər iki əsgərimiz ermənilərdən bir neçəsi ilə dəyişdiriləcək. Bizim əsgərlərin əllərində silah olmayıb, sadəcə yolu azıblar. Ermənilərin dəfələrlə əsgərləri yolu azıb sərhəddi keçiblər. Biz humanistlik göstərib, geri qaytarmışıq",- ekspert vurulayıb.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi bir azərbaycanlı hərbçinin aprelin 10-da, ikincisinin isə aprelin 13-də saxlanıldığını bildirib. Daha sonra Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, iki hərbçi itkin düşüb, onlar əlverişsiz hava şəraiti səbəbindən yerdə azmış ola bilərlər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşən iki Azərbaycan hərbçiləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistanda olmasını ehtimal edərək onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət edib. 
 
Aytac Zeynalova 
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol