Apreldə 18 minə yaxın hektarda pambıq əkilib

Apreldə pambıq tarlalarında 17,7 min hektar əkin həyata keçirilib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
2022-ci il üç yüz iyirmi iki min üç yüz ton pambıq yığılıb. Pambıq üzrə orta məhsuldarlıq 30,92 sent/ha təşkil edib ki, bu da bir il əvvəlki mövsümlə müqayisədə 2,42 sent/ha artıq olub.
Ötən il təhvil verilən hər pambığın tonuna görə fermərlərə 170 manat subsidiya ödənilib. 2023-cü ildən bu məbləğ 180 manat müəyyən edilib.
2022-ci ildə pambığın fermerlərdən alış qiyməti 1-ci növ üçün 800 manat, 2-ci növ üçün 780 manat, 3-cü növ üçün 740 manat, 4-cü növ üçün 700 manat olartaq müəyyənləşib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























