• $
  • €
  • ₽
  • ₺
  • £

Övladımı bəhanə ilə imtahandan uzaqlaşdırdılar - İDDİA - Rəsmi açıqlama

Övladımı bəhanə ilə imtahandan uzaqlaşdırdılar - İDDİA - Rəsmi açıqlama
17.04.2023 16:11
Zərifə Əliyeva adına liseyin doqquzuncu sinif şagirdi Əhmədova Nur aprelin 16-da keçirilən doqquzcu sinif buraxılış imtahanına buraxılmayıb. Bu barədə şagirdin anası Ellada Əliyeva anews.az-a açıqlamasında bildirib.
 
O bildirir ki, imtahanın başlamasına 1 saat 10 dəqiqə qalmış, şagird paltosunun cibində telefon olduğunu xatırlayıb, nəzarətçiyə təhvil verib.
 
"Uşağım ədalətli olduğuna görə imtahana buraxmadılar. İmtahan binasına daxil olanda, yoxlandıqdan sonra zala keçib. Kurtkasını soyunanda cibində atasının köhnə markalı Nokia, telefonu aşkar edib, nəzarətçiyə təhvil verib. Heç nəyə məhəl qoymadan, uşağa qarşı kobudluq ediblər. Nəzarətçi bildirib ki, mən sənə görə "zibilə" düşməliyəm?? Çıx öz problemini çöldə həll et deyib telefonu tullayıb stolun üstünə. Uşaq ağlayıb ki, axı mən özüm təhvil verdim, çıxartmayın məni. Deyiblər ki, kameralara düşüb telefon, xeyri yoxdu", - şikayətçi söyləyib.
 
Şagirdin anası deyir ki, qızını imtahan binasından uzaqlaşdırıblar.
 
"Nuru binadan uzaqlaşdırdılar. Başa düşürəm, səhv məndə olub yoxlaya bilərdim, amma bu iş məqsədyönlü olmayıb. Həmin gün hava birdən dəyişdi, evdən çıxarkan dedim isti kurtkanı geyin. Telefon onun cibində yaddan çıxıb qalıb. Yenə deyirəm, uşağı yoxlayıb içəri buraxdılar. Belə çxır ki yalan danışsaydı, heç kim o telefon haqda bilməyəcəkdi və uşaq rahat imtahanı verib çıxacaqdı? Bəs DIM necə araşdırır olar ya olmaz? bu uşaq 3 əsas fəndən 0 bal alir? 
 
Məsələ ilə bağlı Dövlət İmtahan mərkəzindən bildirildi ki, şagird imtahan binasına qadağan olunmuş vasitələr, o cümlədən mobil telefon gətirmək qadağandır.
 
"Bu birmənalı qaydadır. Fərqi yoxdur nə vaxt aşkar olunub, imtahan iştirakçısı istifadə edib və ya etməyib. Üzərinizdə mobil telefon olduqda siz imtahandan xaric olunursunuz", - DİM rəsmisi söyləyib. 
 
Aytac Zeynalova 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol