• $
  • €
  • ₽
  • ₺
  • £

Bayram günləri hava necə olacaq? - Azərbaycanda

Bayram günləri hava necə olacaq? - Azərbaycanda
19.03.2014 12:51

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Novruz bayramı və istirahət günlərində Azərbaycan ərazisində gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, martın 20-də gün ərzində ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Onun sözlərinə görə, buna baxmayaraq yenidən cənub küləyinin, xüsusən də gündüz saatlarında güclənəcəyi proqnozlaşdırılır. Martın 21-də isə cənub küləyi güclü şimal küləyi ilə əvəz olunacaq. Günün ikinci yarısında başlayaraq respublikanın ayrı-ayrı rayonlarında hava şəraitinin yağıntılı keçəcəyi, dağlıq və bəzi dağətəyi rayonlarda yağıntıların sulu qar  və qar şəklində olacağı proqnozlaşdırılır. Güclü küləkli, qeyri-sabit hava şəraiti martın 22-si gündüzədək davam edəcək. Martın 22-də paytaxtda havanın temperaturu ötən günlərlə müqayisədə bir qədə aşağı enəcək. Bu da davamiyyətli şimal küləyinin əsməsi ilə əlaqədardır. Belə ki, martın 20-də və 21-də günün birinci yarısında paytaxtda 11-16 dərəcə isti, martın 22-də isə havanın temperaturu 6-11 dərəcə isti olacaq”. U.Tağıyeva qeyd edib ki, martın 23-dən başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək, havanın temperaturu norma daxilində olacaq, mülayimləşəcək. Xoş və yağmursuz hava şəraiti martın 26-dək bərqərar olunacaq.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol