14,6% respondent ölkənin siyasi gündəmini izləmir- SORĞU

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən monitorinq zamanı respondentlərin 39.6%-i ölkənin siyasi gündəmini daim izlədiyini, 45.6%-i bəzən izlədiyini 14.6%-i isə heç izləmədiyini bildirib. Bu barədə Sosial Tədqiqatlar Mərkəzindən bildirilib.
Sorğu nəticəsində respondentlərin 46.4%-i ölkənin siyasi vəziyyətini "yaxşı,” 41.7%-i "orta”, 8.1%-i "pis” kimi xarakterizə edib. İştirakçıların 3.7%-i cavab verməkdə çətinlik çəkib.
Sorğular 2023-cü il aprelin 1-6 aralığında könüllü iştirak əsasında, anonimlik tam qorunmaqla 18 yaşından yuxarı 384 respondent arasında keçirilib.
Sorğu 12 iqtisadi rayonu əhatə edib.
Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























