• $
  • €
  • ₽
  • ₺
  • £

Polşa Ukraynadan taxıl və digər məhsulları almayacaq - Aİ qanunları pozulur

Polşa Ukraynadan taxıl və digər məhsulları almayacaq - Aİ qanunları pozulur
18.04.2023 14:18
Polşanın Ukraynadan taxıl və digər kənd təsərrüfatı məhsullarının tədarükünü qadağan etmək qərarı Avropa İttifaqını (Aİ) qəzəbləndirib, çünki bu, onun qanunvericiliyinə ziddir. Bu barədə Interia nəşri yazır.


Polşa hökuməti tərəfindən şənbə günü Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağa Aİ tərəfindən yaradılmış iki beynəlxalq ticarət sazişinin müddəalarını poza bilər. Nəticədə ölkə Avropa Komissiyasının cərimələri və fərdi sahibkarların məhkəmə iddiaları ilə üzləşə bilər.


Nəşr qeyd edib ki, Polşanın qərarı 2017-ci ildə Aİ və Ukrayna arasında imzalanmış DCFTA ticarət sazişi ilə tənzimlənən müddəaları poza bilər. Bu müddəalara əsasən, regionlar arasında gömrük rüsumlarının və digər ticarət məhdudiyyətlərinin mərhələli şəkildə ləğvi nəzərdə tutulurdu. Həmçinin, Polşa qadağası 4 iyun 2022-ci il tarixli qərarını poza bilər, burada Avropa Komissiyası Rusiyanın xüsusi əməliyyatına cavab olaraq Aİ ilə Ukrayna arasında bütün ticarətin qorunması tədbirlərini ləğv etdi.


Nəşrin məlumatına görə, Polşa həm məhsulun polşalı alıcılarından, həm də Ukraynadan tədarükçülərdən məhkəmə iddiaları almağa başlaya bilər. Həmçinin Avropa Məhkəməsində Polşaya qarşı sanksiyalarla bağlı iş başlansa, müəyyən problemlər başlaya bilər.


Aprelin 17-də Ali Radanın deputatı Daniil Getmantsev bildirib ki, Ukrayna məhsullarının qonşu Avropa ölkələrinə idxalına qoyulan embarqo saxlanılarsa, o zaman Ukrayna böyük itkilərə məruz qalacaq. O qeyd edib ki, bu ilin birinci rübündə Ukraynanın bütün kənd təsərrüfatı ixracının 28 faizi Rumıniya, Macarıstan, Polşa və Slovakiyanın payına düşüb.
 
Gülnar

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol