• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda təcili yardım həkimləri səfərbər edildi

Bakıda təcili yardım həkimləri səfərbər edildi
19.03.2014 11:25
Bu gün səhər saat 09:00-dan etibarən Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının həkimləri gücləndirilmiş iş rejimində işləyəcək. Stansiyanın baş həkiminin müavini Zemfira Vahidovanın Anspressə verdiyi məlumata görə, Novruz bayramı münasibətilə Dənizkənarı Milli Parkda keçiriləcək şənlik və bayram tədbirlərilə əlaqədar stansiyanın briqadaları növbə çəkəcək. Bulvar ərazisində 4 həkim briqadası növbədə duracaq.“Azneft meydanı, Kukla Teatrı, Qız qalası və Hökumət evinin qarşısında həkimlərimiz növbədə olacaq. Bundan başqa, Suraxanı rayonu ərazisində Atəşgahda həkimlərimiz növbədə olacaq”, - deyə Zemfira Vahidova bildirib.Onun sözlərinə görə, bayram günlərində iş günü olmadığı üçün paytaxtda təcili yardıma müraciət edənlərin sayı ikiqat artır. Bu səbəbdən də, adi günlərdən fərqli olaraq, bayram günlərində həkimlər daha çox çağırışlara gedirlər.“Hazırda maşınlarımızın hamısı saz vəziyyətə gətirilib. Bütün təcili yardım stansiyalarında lazımı dərman və tibbi yardım məmulatları var. İnşallah ki, bu bayram günlərini də problemsiz keçirəcəyik. Poliklinikalar işləmədiyi üçün müraciətlərin sayı daha çox artır”, - deyə Zemfira Vahidova bildirib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol