• $
  • €
  • ₽
  • ₺
  • £

“Yeni Klinika”nın keçmiş rəhbərinin cəzası azaldılıb

“Yeni Klinika”nın keçmiş rəhbərinin cəzası azaldılıb
19.04.2023 19:00
"Yeni Klinika” Publik Hüquqi Şəxsin keçmiş direktoru Pərviz Abbasov və onunla birgə məhkum edilmiş şəxslərlə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən iclasda Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib.

Məhkəmə məhkum şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsini tətbiq edib. Qərara əsasən, Pərviz Abbasovun cəzası 3 ilə, Qalib Nəcəfov, Əvəz Hüseynov, Samir Mirzəyevin cəzası isə 2 il 6 aya endirilib.

Bu qərarın nəticəsinə əsasən, Pərviz Abbasovun 1 il, digər məhkumların 6 ay çəkilməmiş həbs müddəti qalıb.

Pərviz Abbasov, "Buta” Klinikasında həkim-radioloq işləmiş Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov, işsiz olan Samir Mirzəyev və "Viola” MMC-nin meneceri Vüsalə Əliyeva 2021-ci ilin aprel ayında Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunublar.

Onlar əlbir olaraq koronavirusa yoluxmuş xəstələrin klinikada müalisə alması müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasov 8 il 6 ay, Qalib Nəcəfov, Əvəz Hüseynov, Samir Mirzəyev 8 il azadlıqdan məhrum edilib.

"Viola” MMC-nin meneceri Vüsalə Əliyevaya isə iki il sınaq müddəti seçilməklə şərti cəza təyin olunub.

Sonradan Bakı Apellyasiya Məhkəməsi Pərviz Abbasovun cəzasını 5 il 6 aya, Qalib Nəcəfov, Əvəz Hüseynov, Samir Mirzəyevin cəzasını 5 ilə endirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol