Bakıya ilk dəfə elektriklə çalışan avtobus gətirildi

Bakıya ilk elektrik mühərrikli avtobus gətirilib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli öz sosial hesabında paylaşım edərək bildirib.
Vüsal Kərimli bildirilib ki, avtobus 33 sərnişin tutumuna malikdir.
"Çinin BYD şirkətindən test məqsədilə alınan 1 ədəd elektrik avtobusu 12 metrlikdir. 33 sərnişin oturacağına malik avtobusun ümumi sərnişin tutumu 82 nəfərdir. Batareya gücü 383 kVt/saat olan avtobus tam enerji dolumunda 350 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir", - BNA sədri yazıb.
Vüsal Kərimli qeyd edib ki, avtobus test müddətində uğurlu nəticə verərsə, bunun tətbiqi ilə bağlı hökumətə təkliflər hazırlanıb veriləcək.
Bakı Nqəliyyat Agentliyninin rəhbəri son 7 ildə avtobus parkının 61%-nin yenilənməsini də vurğulayıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























