• $
  • €
  • ₽
  • ₺
  • £

Doğuş zamanı əkiz körpələrini itirən ana Bakıya gətirilib

Doğuş zamanı əkiz körpələrini itirən ana Bakıya gətirilib
19.03.2014 10:38
Cəlilabad rayonunda doğuş zamanı əkiz körpələrini itirən ana Bakıya gətirilib.APA-nın məlumatına görə, ötən gün əkiz körpələrini doğuş zamanı itirən Gülnarə Şəmiyeva bu gün səhər saatlarında Mirqasimov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.Xəstəxanadan APA-ya verilən məlumata görə, G. Şəmiyeva reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağırdır.Qeyd edək ki, ötən gün Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Gülnarə Şəmiyeva doğuşla əlaqədar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsinə daxil olub. Təbii doğuş alınmadığı üçün dərhal əməliyyatına qaldırılan qadının əkiz oğlan uşaqlarının öldüyü məlum olub.Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsində rayon sakini Gülnarə Şəmiyevanın üzərində doğuş məqsədilə ilə əməliyyat aparan cərrah Tosif Qasımov APA-ya açıqlamasında qadının hestoz xəstəliyindən əziyyət çəkdiyini, sidiyə gedə bilmədiyi üçün ayaqlarında şiş yarandığını deyib: “Əməliyyat bitəndən sonra xəstədə sidik ifrazı bərpa olunmadığı üçün baş həkimə müraciət etdim. Qadının Bakıda müalicəsinin davam etdirməsi üçün Səhiyyə Nazirliyinin rayona ezam olunacaq nümayəndəsini gözləyirik”.Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədrili APA-ya açıqlamasında deyib ki, Cəlilabad rayonunda doğuş zamanı əkiz körpələrini itirən 1989-cu il  təvəllüdlü Gülnarə Şəmiyeva doğuşla əlaqədar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsinə gətirilərkən uşaqlar artıq ananın qarnında ölmüş vəziyyətdə olub. Qadında antenatal (bətndaxili) ölüm baş verdiyini deyən A.Qədirli bildirib ki, bunun səbəbləri hələki məlum deyil: “Böyük ehtimalla ana xəstəxanaya gəlmədən öncə yıxılıb və bu da antenatal ölümə səbəb olub. İlkin səbəb kimi bu göstərilir. Lakin bütün məlumatlar nazirliyin Doğuşa Yardım Komissiyasına təqdim edilib. Anada xəstəxanaya gəlmədən öncə antanental ölüm baş verdiyi üçün hadisənin dəqiq səbəbləri Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır və nəticələr onların araşdırmasında sonra məlum olacaq”.Faktla bağlı araşdırma aparılır.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol