• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya İrana aid bu məhsuldan imtina etmək üçün Azərbaycana müraciət göndərib

Rusiya İrana aid bu məhsuldan imtina etmək üçün Azərbaycana müraciət göndərib
20.04.2023 10:45
Rosselxoznadzor 24 aprel 2023-cü il tarixindən etibarən Rusiya alıcıları üçün nəzərdə tutulan toyuq ayaqlarının sertifikatlaşdırılmasının dayandırılması xahişi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib. Bu barədə "Rosselxoznadzor" rəsmi saytında məlumat yerləşdirilib. 
 
Bildirilib ki, həmin tarixdən etibarən Xidmət bu cür məhsulların Rusiya ərazisindən tranzitini qadağan edir.

Məhdudiyyətlərə səbəb yüksək patogenli quş qripi xəstəliyinin mərkəzində yerləşən İran təşkilatından Azərbaycanın "Sunaz” MMC quşçuluq müəssisəsi tərəfindən toyuq ayaqlarının daşınması barədə idarəyə daxil olan məlumat olub. 2023-cü ilin ötən dövründə bu Azərbaycan şirkəti Rusiya ərazisindən tranzitlə Belarus Respublikasına bu məhsulların 1000 tondan çoxunu göndərib.

Bu cür tədbirlər tədarük olunan məhsulların Azərbaycan mənşəli, bioloji və qida təhlükəsizliyini təsdiq edən sənədlər Rosselxoznadzora təqdim olunana qədər qüvvədə olacaq.

Rusiya departamenti də malların çatdırılmasını təsdiqləmək tələbi ilə Belarus baytarlıq xidmətinə müraciət edib.
 
Daha əvvəl də Belarusa ixrac üçün nəzərdə tutulmuş, "Sunaz” MMC-yə məxsus dondurulmuş toyuq ayaqlarından bakteriya çıxdığı üçün Azərbaycan Qida Agentliyi tərəfindən həmin məhsullar yandırılıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol