ƏƏSMN bu günə qədər 124 min vətəndaşa xidmət göstərib

Bu günə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 124 min vətəndaşa 281 min xidmət göstərib. Bunu jurnalistlərə açıqlamasında Əək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli deyib.
O bildirib ki, ötən il 7 500-dən artıq avtomobil müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə təqdim edilib.
2020-ci il Vətən müharibəsindən sonra həmin insanların mənzillə təminatı proqramı beş dəfə genişlənib. Onlara postmüharibə dövründə 4500, keçən il 1500, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev təqdim edilib.
Bu il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə azı 1500 mənzil və fərdi evin verilməsi təmin olunacaq.
Aprelin 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana, Kürdəxanı qəsəbələrində, Abşeron, Samux, Yevlax, Biləsuvar, Masallı, Bərdə, Saatlı rayonlarında və Naxçıvanda daha 50 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























