Cari ildə Azərbaycana gələn turistlərin sayı artıb - RƏSMİ

Cari ilin 4 ayında Azərbaycana xarici ölkələrdən gələn turistlərin sayı 368,9 min olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49,8 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Gələnlər arasında ən çox Rusiya vətəndaşları üstünlük təşkil edir. Belə ki, bu dövr ərzində 32,3% Rusiyadan, 21,5 faizi Türkiyə, 9,1 faizi İran, 5,6 faizi Gürcüstan, 4,2 faizi Hindistan, 2,7 faizi Pakistan, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, hər birindən 1,7 faiz olmaqla Səudiyyə Ərəbistanı və Özbəkistan, hər birindən 1,6 faiz olmaqla Ukrayna və Belarus, 1,4 faizi Küveyt, 1,3 faizi Türkmənistan, 10,8 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 76,9 faizini kişilər, 23,1 faizini qadınlar təşkil edib.
2022-ci ilin dörd ayında Avropadan gələn turistlərin sayı 40,1% artıb.
Gələnlərin 63,2% hava, 35,3 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























