Dövlət qeydiyyatına alınan abidələrin sayı açıqlanıb

İşğaldan azad olunmuş ərazilərdə 706 tarixi və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova "Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib
www.anews.az
Onun sözlərinə görə, abidələrdən 11-i dünya əhəmiyyətli, 240 ölkə əhəmiyyətli, 121-i ölkə əhəmiyyəti arxeoloji, 455-i yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidə, 17-si dekorativ-tətbiqi sənət nümunələri hesab olunur.
İşğaldan azad olunmuş ərazilərdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-i isə qismən dağıdılaraq yararsız hala salınıb.
Hazırda ölkədə Azərbaycan İlahiyyat İnstitutu və 5 dini təhsil müəssisə, 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.
Ümumilikdə 2253 məscid var, onlardan 1500-ə qədəri gündəlik fəaliyyət göstərir.
Azərbaycanda 748 pir və ziyarətgah müəyyən edilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























