• $
  • €
  • ₽
  • ₺
  • £

BNA-nın ləğvindən sonra nə dəyişəcək? - AÇIQLAMA

BNA-nın ləğvindən sonra nə dəyişəcək? - AÇIQLAMA
20.04.2023 20:50
Prezident Bakıda avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayaraq bu işi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi  Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan ki "Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi ilə birləşdirilərək yenidən təşkil ediləcək.
 
Bakı Nəqliyyat agentliyi Prezidentin fərmanı ilə  2015-ci il dekabrın 15-də yaradılıb. Prezidentin 2022-ci il  fevralın 7-də imzaladığı fərmanaəsasən Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. Azərbaycan Prezidentinin 19 aprel 2023-cü il tarixli fərmanı ilə bu qurum  ləğv olunub və əmlakı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına keçiriib. 

Bəs prezidentin fərmanından sonra Azərbaycan nəqliyyatında  nə dəyişəcək?

Millət vəkili, iqtisadçı Vüqar Bayramov prezident fərmanını nəqliyyatın fəaliyyətinin əlaqələndirilməsi və daha sistemli qərarların qəbul edilməsi baxımından vacib sənəd adlandırıb. 

"Bakı Nəqliyyat agentliyi bir müddət öncə Bakı merinin strukturuna daxil edilmişdi. Artıq yeni strukturda Bakı Nəqliyyat agentliyinin fəaliyyətinin bu cür əlaqələndirilməsi və sistemli yanaşma vacib idi. Çünki ölkədə bütövlükdə nəqliyyat loqistika istər ölkə daxilində, istərsə də Azərbaycan üzərindən daşınan yüklərin həcmi baxımından Azərbaycan üçün prioritet sektordur", - deputat əlavə edib.

İqtisadçı ekspert Eldəniz  Əmirovun sözlərinə görə,  yeni fərmanla Azərbaycanda ictimai nəqliyyatın avtobus seqmenti bir mərkəz tərəfindən idarə olunacaq və bu çox səmərəli nəticələr verməlidir.  

 "Əvvəlki sistemdə Bakıda ictimai nəqliyyatın fəaliyyəti Bakı Nəqliyyat agentliyi tərəfindən nizamlanırdı. Azərbaycanın digər şəhələrində  isə buna Azərbaycan Yerüstü Nəqliyyat agentliyi (AYNA) nəzarət edirdi.  İndi isə  bunların hamisi AYNA tərəfindən nizamlanacaq. AYNA-da  öz növbəsində nazirliyə tabe olan qurum olacaq. Yaxın zamanlarda düşünürəm ki, Azərbaycanin bütün nəqliyyat sferası yeni yaradılmış şura tərəfindən idarə olunacaq. Yaradılan şuranın rəhbərliyi isə nazirliyə tabe olacaq",- ekspert əlavə edib.

Ekspert vurğulayıb ki, yol nəqliyyat avtomobil seqmentində Azərbaycan Avropa İttifaqı ölkələri ilə əlaqəlidir. 2023-cü il Azərbaycanda elektrikləşmə ili hesab olunur. İctimai nəqliyyatda elektrik mühərrikli avtobusların sayı artacaq. Artıq Naxçıvanda bu praktika var. Azərbaycanın digər şəhərlərində də, həmçinin paytaxt Bakıda elektro avtobusların fəaliyyətinə start veriləcək. 

Ekspert buna qədər ictimai nəqliyyatdakı vəziyyətin ürəkaçan olmadığını da söyləyib.

"Nəqliyyatdan cəmiyyətin böyük narazılığı var idi. Xüsusilə də son illər xəttə buraxılan avtobusların bilərəkdən azaldılması, həmçinin dayanacaqlarda olan  ödəmə terminallarının yığışdırılması vətəndaşların ictimai nəqliyyata əlçatanlığını azaltmışdı. Eyni zamanda yaşlı nəsil Bakı kartına balansı artırmaq üçün uzun yol qət etməli olurdular. Əhali bu səbəbdən metrolara üz tuturdu. Bu da öz növbəsində metronun işini iflic edirdi. Düşünürəm ki,  yeni qərar ilə ödəmə sistemi yenidən qurulacaq və xəttə buraxılan avtobusların sayı artacaq",- iqtisadçı vurğulayıb.

Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol