• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərsky"ın kiberhücumlara məruzqalma ehtimalları var - Osman Gündüz

"Azərsky"ın kiberhücumlara məruzqalma ehtimalları var - Osman Gündüz
20.04.2023 17:55
İKT üzrə ekspert Osman Gündüz AzərSky-ın vaxtından qabaq fəaliyyətinin dayandırılmasını kiberhücumlara məruzqalma ehtimalları ilə əlaqləndirib. Bu barədə ekspert öz sosial hesabında paylaşım edərək qeyd edib. 
 
"Peykimizə qarşı kiberhücum faktoru üzərində də işləmək doğru olardı. Kosmik resurslara malik olan Fransa və İranla münasibətlərimiz xeyli gərginləşib, istehsalçı ölkə də Fransa şirkətidir. Eyni zamanda bu resurslara sahib olan Rusiya faktorunu nəzərdən qaçıqmaq olmaz. Ermənistan da yenicə dünya peyk ailəsinə qoşulub. Eyni zamanda, güman ki Fransa artıq baş verənlərdən anlamamış deyil ki, Azərbaycan növbəti peyk istehsalında bu ölkəni tərəfdaş olaraq nəzərdə tutmur. Bütün bunlar düşünməyə əsas verir ki, Azərbaycanı istəməyən qüvvələr AzerSky peykimizə qarşı kiberhücum da təşkil edə bilərdi. İstənilən halda fikrimcə səlahiyyətli qurumlar, kəşfiyyat qurumlarımızın mütləq olaraq kiberhücum araşdırması məntiqli və doğru olardı", - Osman Gündüz hesabında yazıb. 
 
Cümə axşamı "Azersky” – Yerin məsafədən müşahidə peyki dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırmasını açıqlayıb. Səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma ehtimalları qeyd olunub. 
 
Azərsky Azərbaycanın ilk yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki, Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində 2014-cu ilin iyununda orbitə çıxarılıb.
 
2014-cu ilin dekabrında Azərbaycanın milli peyk operatoru Azərkosmos və Fransanın Airbus Defence and Space şirkəti arasında imzalanmış müqaviləyə əsasən Azərkosmos-a təhvil verilib. 

 
Gülnar Nazimqızı 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol