• $
  • €
  • ₽
  • ₺
  • £

İmtahanda az bal yığmaq intihara səbəbdirmi? -Ekspertlər nə düşünür...?

İmtahanda az bal yığmaq intihara səbəbdirmi? -Ekspertlər nə düşünür...?
20.04.2023 21:12
Xırdalanda imtahandan az  bal yığan şagird sui qəsd edərək özünü binanın on beşinci mərtəbəsindən atıb. Oxşar hallar daha əvvəllər də baş verib. Belə ki, imtahanlarda nəticələri zəif olan şagirdər çıxış yolunu həyatlarına qəsd etməkdə görür.
 
Bəs ekspertlər nə düşünür? İmtahanda uğursuzluqla üzləşən gənclər niyə  intihar edir? 
 
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü millət vəkili Musa Qasımlının sözlərinə görə bu cür hadisələri tamamilə aradan qaldırmaq mümkün olmasa da, azaltmaq imkanları var.
 
"Dünyanın bütün ölkələrində intiharlar baş verir. Təəssüf ki, bizdə də belə hallar mövcuddur. İntiharların bir çox səbəbləri var. Düşünürəm ki, bir şagirdin intihar etməsi onun psixoloji vəziyyəti, valideynlərlə münasibəti və oturub-durduğu mühitlə bilavasitə bağlıdır. Gənclərin bəziləri düşmüş olduğu çətinliklərə hazır deyillər. Həmin çətinlikləri imtahan kimi deyil, fəlakət kimi qiymətləndirirlər. Ona görə də belə faciəvi yollara əl atırlar. Məncə bu vəziyyəti tamamilə aradan qaldırmaq mümkün olmasa da, azaltmaq mümkündür. Bunun üçün məktəblərdə psixoloqların sayının artırılmasına, media da maarifləndirmə işlərinin aparılmasına ehtiyac var” , - Qasımlı bildirib.
 
Təhsil eksperti Kamran Əsədov bu  kimi hadisələrin əsas səbəblərindən birini orta təhsil müəssisələrində tədrisin zəif təşkilində görür.
 
"Təbii ki bu kimi hadisələrin bir neçə səbəbi var. İntiharlar ali təhsil müəssisələrində keçirilən qəbul imtahanların nəticələri ilə  bilavasitə bağlıldır. Amma burda ən mühüm amil tədrisdir.  Çox təəssüf ki, orta təhsil müəssisələrində tədrisin təşkilindəki zəiflik, eyni zamanda orta məktəbdəki şagirdlərlə individual qaydada psixoloji işin  aparılmaması yekun nəticədə bu problemlərə gətirib çıxarır. Burada valideynlərlə də bağlı xüsusi danışmaq lazımdır. Təəssüflər olsun ki, valideynlər arasında maarifləndirmə işlərinin aşağı səviyyədə aparılması da yekunda valideynlərin məhz uşaqlara fiziki və psixoloji basqısı ilə nəticələnir və bu yekunda uşaqların intihar etməsinə gətirib çıxarır.
 
Onun sözlərinə görə , valideyn və şagirdlər mütəmmadi olaraq maarifləndirilməlidirlər.
 
 "Hesab edirəm ki, bu mövzularda valideyn və şagirdlərlə mütəmmadi görüşlər təşkil olunmalı və maarifləndirici söhbətlər edilməlidir. Biz valideynlərə izah etməliyik ki, ali təhsil müəssisələrinə qəbulla proses bitmir.Yəni kiminsə qəbul imtahanında yüksək bal toplamaması onun gələcəkdə əmək bazarında işlə təmin olunmasına heç bir halda mane olmur. Bütün hallarda biz çalışmalıyıq ki, valideyn-uşaq, valideyn-məktəb, valideyn-müəllim münasibətlərini düzgün formada təşkil edək. Valideynlərin bilməsi lazım olan bir şeydə var ki, əgər övladları qəbul imtahanında yetərli bal toplamayıbsa, onlar on birinci sinif nəticələrinə görə kolleclərə , daha sonra isə yeni qaydalara  əsasən kollec məzunları olaraq birbaşa ali məktəblərə qəbul ola bilərlər. Əgər orta ixtisaslı təhsil müəssisələrinə qəbul olmasalar, peşə təhsili müəssisələrinə qəbul ola bilərlər. Yaxud da xarici ölkələrə qəbul olub, təhsil almaq mümkündür” , - Əsədov bildirib.
 
Psixoloq Gülər Məmmədovanın sözlərinə görə yetkinlik yaşında gənc imtahana görə intihar edirsə, bunun səbəbi birbaşa imtahan ola bilməz.
 
"Gənclik dönəmini yaşayan bir insan imtahana görə intihara can atırsa, demək ki, bu şəxs bu ana qədər müəyyən problemlər yaşayıb. Çünki insan sağlam psixologiyada olub, birdən-birə hər-hansısa uğursuz situasiyaya görə, öz canına qəsd etməz. İnsanda mövcud olan müəyyən bir psixi pozuntular olur. Bu onun yaşam müddətində, fəaliyyətində müəyyən bir davranışlarla özünü göstərir. Bəzən valideynlər uşaqlarla qarşı aşırı dərəcədə təpkili davranırlar. Yəni uşaq intihar səviyyəsinə gələnə qədər bir çox çətin durumlardan keçir. İmtahan isə intihar edən uşaq üçün sanki münbit bir şərait olur. Elə hesab olunur ki, hər şey imtahana görədir. Heç də belə deyil. Sadəcə olaraq bu yaşda psixoloji durumu normal olmayan uşaqların intihar etməsi bu dövrə təsadüf edir.
 
Psixoloqun sözlərinə görə, burada ən böyük məsuliyyət valideynin üzərinə düşür.
 
"Əgər valideyn uşağında müəyyən psixoloji dəyişiklikər görürsə, onu vaxtında psixoloqa aparmalıdır. Onun vəziyyətinin daha da pisləşməməsi üçün müalicə olunmalıdır. Həmçinin onları dinləmək, davranışlarına diqqət yetirməlidir. Bunları etdikdən sonra özünəqəsd halları çox zəifləməyə başlayır və o düşüncələrdən insan qurtulur. Bunlar edilmədikdə uşağın həm psixikası pozulur, həm davranış pozuntusu olur, həm də çarəsizlik yaranır” , - Məmmədova bildirib.
 
Eltac   
 
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol