• $
  • €
  • ₽
  • ₺
  • £

MN - Ermənistan Qarabağa hərbi yüklər daşıyır - Video

MN - Ermənistan Qarabağa hərbi yüklər daşıyır - Video
23.04.2023 12:00
Aprelin 22-si saat 20:00 radələrində Ermənistana məxsus hər birinin üzərində bir ədəd yaşayış konteyneri olmaqla 2 ədəd yedəkçi KamAZ, 1 ədəd avtokran KamAZ, 1 ədəd UAZ-3151 və 1 ədəd UAZ-Patriot markalı nəqliyyat vasitələrinin kolonda hərəkəti Laçın rayonu ərazisində yerləşən müşahidə kameralarımız tərəfindən qeydə alınıb.

Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

"Videogörüntülərdən aydın olur ki, Ermənistanın Kornidzor yaşayış məntəqəsi istiqamətindən hərəkət edən avtomobil kolonu əvvəlcə Azərbaycan-Ermənistan şərti sərhədinin Həkəri çayı üzərində yeni inşa edilmiş körpüdən keçərək Azərbaycan ərazisinə daxil olur. Qeyd edək ki, hərbi təyinatlı yüklərin Ermənistandan Azərbaycan ərazisinə daxil olması Rusiya sülhməramlılarının şərait yaratması ilə həyata keçirilib.

Müşahidə nəticəsində o da məlum olub ki, avtomobillər sonradan geri qayıdaraq Ermənistan ərazisində, Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun üzərində dayandıqdan sonra avtokran vasitəsilə 2 ədəd yaşayış konteyneri əvvəlcədən hazırlanmış yerə boşaldılıb.

Aparılan müşahidə Ermənistan tərəfindən əvvəlcədən razılaşdırılmadan, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı birtərəfli qaydada pozaraq Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulmasını təsbit edir", - məlumatda qeyd olunub

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol