Memar Əcəmi stansiyasında orta yaşlı kişi sərnişin stansiya yoluna düşüb

"Memar Əcəmi" stansiyasında orta yaşlı kişi sərnişin stansiya yoluna düşüb.
Stansiyaya daxil olan qatarın maşinisti dərhal qatarı saxlayıb.
Metropolitenin normativ tələblərinə uyğun yüksək gərginlik çıxarılıb, həmçinin təcili tibbi yardım çağırılıb. Sərnişin stansiya yolundan çıxarılıb, ilkin yardım göstərilib. Təcili tibbi yardım sərnişinin ciddi xəsarət almadığını qeydə alıb.
Hadisə nəticəsində Yaşıl xətt üzrə intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























