Biləsuvarda binada partlayış olub - Video-YENİLƏNİB

Biləsuvarda binada baş verən partlayışda panellərin altında bir uşağın qaldığı bildirilir.
Hazırda FHN əməkdaşları uşağın xilas edilməsi üçün tədbirlər görür. Onun sağ olduğu deyilir.
20:43
FHN əməkdaşları tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından iki nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
FHN-dan bildirib ki, ilkin ehtimala görə mənzildə partlayış qaz sızmasından qeydə alınıb.
Dərhal FHN adiyyatı qurumları hadisə yerinə cəlb edilib. İlkin baxış zamanı partlayış baş verən mənzilin dam örtüyünü çökməsi müəyyən edilib. Hazırda əməliyyat davam etdirilir.
19:50
Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
























