Azərbaycanda ilk dəfə vəhşi heyvanların peyvəndlənməsində aviasiyadan istifadə edilib

Azərbaycanda ilk dəfə aviasiyadan istifadə etməklə vəhşi heyvanların peyvəndlənməsinə nail olunub. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümümdunya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə keçirilən tədbir zamanı bildirib.
"Gürcüstanla sərhəd ərazilərdə aldadıcı yemlərdən istifadə etməklə vəhşi heyvanların peyvəndlənməsinə nail olduq.Hesab edirəm ki, bununla da problemlə mübarizədə irəliləyiş əldə etmək mümkün olacaq",- Qoşqar Təhməzli vurğulayıb.
Sədr bildirib ki, peyvəndləmə ilk dəfə olaraq helikopterlə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə həyata keçirilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























