Azərbaycanda ilk dəfə olaraq heyvanların identikləşdirilməsinə başlanılıb

AQTA-nın fəaliyyət göstərdiyi dövr ərzində Azərbaycanda ilk dəfə olaraq heyvanların identikləşdirilməsinə başlanılıb. Bunu Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümümdunya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə keçirilən tədbir zamanı bildirib.
"Düzgün qurulmuş baytarlıq xidmətləri olmadan heyvanların sağlamlığına nail olmaq mümkün deyil. Bu baxımdan, aparılan son islahatlar nəticəsində Azərbaycanda özəl baytarlıq xidməti sisteminə keçilib. Yüksək patogen quş qripi, dabaq və quduzluq kimi xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə edilməsi üçün aidiyyəti qurumlarla birlikdə mütəmadi qaydada simulyasiya təlimləri keçirilir",- nazir vurğulayıb
Nazir baytarlıq nəzarətində olan yüklərin ixracı ilə bağlı ciddi uğurların əldə edildiyini bildirib.
"Artıq Avropa İttifaqına üzv ölkələrə qurbağa ayaqlarının, ilbiz, yun, dəri kimi heyvan mənşəli məhsullarının göndərilməsi təmin olunub, Qazaxıstana atların ixracındakı maneələr aradan qaldırılıb",- nazir əlavə edib.
Aytac Zeynalova
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib