Susuzluğa davamlı bitkilərin yetişdirilməsinə dair araşdırmalar genişləndiriləcək - Nazir

Suya davamlı bitkilərin yetişdirilməsinə dair araşdırmalar genişləndiriləcək. Bu barədə jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
"Su Ehtiyatları Agentliyi ilə birgə su ehtiyatlarından səmərəli istifadə ilə bağlı komissiya yaradılıb. Bu istiqamətdə müvafiq tədbirlər görüləcək. Biz aqro-ərzaq sistemlərimizin davamlı transformasiyasına nail olmaq üçün böyük səylər göstəririk. Yaşıl bərpa, rəqəmsallaşma və innovativ həllər davamlı milli aqro-ərzaq sisteminin qurulması üçün gündəliyimizdəki əsas prinsiplərdir", - nazir qeyd edib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























