• $
  • €
  • ₽
  • ₺
  • £

Mikro və kiçik biznesin qurulması üçün dəstək göstərilən ailələrin sayı açıqlanıb

Mikro və kiçik biznesin qurulması üçün dəstək göstərilən ailələrin sayı açıqlanıb
25.04.2023 13:01
Ötən dövr ərzində Azərbaycanda məşğulluq orqanları vasitəsilə və sahibkarların köməkliyi proqram çərçivəsində 60 mindən çox ailəyə mikro və kiçik biznesin qurulması üçün dəstək göstərilib. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda bildirib.
 
O vurğulayıb ki, son 5 ildə Azərbaycanda məşğulluq orqanları vasitəsilə və sahibkarların köməkliyi ilə 282 min nəfər işə düzəldilib.

Həmçinin 14 min nəfərin peşə hazırlığına cəlb olunduğunu bildirib.

"2 000 nəfərə yaxın işsiz işlə təmin edilib. Həmçinin 14 min nəfərin peşə hazırlığına cəlb olunub. Azərbaycanda özünəməşğulluq proqramının icrasına 2017-ci ilin sonlarından başlanılıb. Keçən il bu proqram 16 min şəxsi əhatə edib. Bu proqram xüsusilə də mikro və kiçik sahibkarlığın inkişafı baxımından önəmlidir. Ötən dövr ərzində proqram çərçivəsində 60 mindən çox ailəyə mikro və kiçik biznesin qurulması üçün dəstək göstərilib",- nazir vurğulayıb.
 
Postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarından ibarət 16 416 şəxs aktiv məşğulluq proqramlarına cəlb edilib. Onlardan 9 395 min nəfəri özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları, kiçik biznes sahələri yaradılıb,  6 806 nəfər isə münasib işlərlə təmin olunub.
 
Aytac 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol