• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell “Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisidir

Bakcell “Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisidir
25.04.2023 15:13
Bakcell Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə "2023 Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisi olmasına dair müqavilə imzalayıb. Abunəçilərinə ultra-sürətli internet vasitəsilə ən innovativ xidmətlərdən yararlanmaq imkanı yaradan Bakcell bu dəfə yüksək sürətdən zövq alan Formula 1 azarkeşlərini sevindirəcək. 
 
"Azərbaycanın ən sürətli mobil şəbəkəsi olan Bakcell Formula 1 təqviminin ən sürətli şəhər treklərindən olan Bakı Şəhər Halqası ilə tərəfdaşlıqdan məmnundur. Əminəm ki, bu tərəfdaşlıq Formula 1, avtoidman və yüksək sürət həvəskarları üçün faydalı və əyləncəli olacaq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Klaus Müller bildirib. 


Tərəfdaşlıq çərçivəsində "Formula 1” yarışlarındakı Azneft tribunası "Bakcell” adlandırılıb. Tribuna ərazisində yerləşən istirahət və əyləncə zonasında azarkeşlər "Bakcell”in ultra-sürətli şəbəkəsini sınaqdan keçirmək, həmçinin, müxtəlif oyun və əyləncələrə qatılmaq imkanı əldə edəcək.


Bundan əlavə, şirkət yarış günlərində "Bakcell” tribunası yaxınlığında yerləşən əyləncə zonasında öz məhsul və xidmətlərini Azərbaycan Qran Prisinin tamaşaçılarına nümayiş etdirəcək.


Bakcell şirkəti Formula 1 yarışı zamanı abunəçiləri yüksək keyfiyyətli səs və internet xidməti ilə təmin etmək üçün Bakının mərkəzində, xüsusilə yarışların keçiriləcəyi ərazilərdə mobil şəbəkənin tutumunu yüksək dərəcədə optimallaşdırıb. Yarış zamanı mobil xidmətlərin istifadəsində yaranacaq iri həcmli trafik tələblərini qarşılamaq üçün Dənizkənarı Bulvar ərazisində əlavə müasir mobil baza stansiyaları quraşdırılıb. Bundan əlavə, xüsusi təyin edilmiş personal tərəfindən yarış ərazisində 24 saat ərzində şəbəkəyə və digər texniki məsələlərə nəzarət aparılacaq. Həmçinin, Bakcell Məlumat Mərkəzi də 24 saat ərzində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 


Qeyd edək ki, 2019-cu ildə Bakcell "Formula 1 Azərbaycan Qran Prisi”nin ilk rəsmi dəstəkçisi olub.


"NEQSOL Holding”in tərkibinə daxil olan Bakcell Azərbaycanda VoLTE və eSIM texnologiyalarını tətbiq edən ilk mobil operatordur. 2023-cü ilin əvvəlində şirkət Bakının seçilmiş ərazilərində 5G-nin sınaq tətbiqini elan edib. Bakcell şəbəkəsi Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol