“LC Waikiki” azərbaycanlı müştərilər üçün rəsmi saytına blok qoydu - Ekspertlər nə deyir...

Türkiyə brendi olan "LC Waikiki” Azərbaycanda müştərilər üçün girişi bloklayıb. Belə ki, Azərbaycanda yaşayan vətəndaşlar mağazanın online alış-veriş saytından sifariş etmək üçün mütləq qaydada VPN xidmətindən istifadə etməlidirlər.
Azərbaycanda fəaliyyət göstərən "LC Waikiki” şəbəkəsinin piyar meneceri Mehriban Fətəliyeva anews.az-a açıqlamasında bildirib ki, bu mağazanın rəsmi qərarıdır.
"Türkiyə rəsmi şəkildə bağlayıb. Səbəb göstərilmir. Amma mağazalara daha çox müştərinin cəlb olunması üçün belə bir addım atılıb. Biz Azərbaycanda bu qərara qarşı bilmərik. Sadəcə mağazanın rəsmi nümayəndəsiyik. Nə zamana kimi blokda qalması açıqlanmır”, - mağaza rəsmisi bildirib.
Rəqəmsal İnkişaf və Rabitə Nazirliyindən məsələ cavab olaraq bildirilib ki, qurum tərəfindən bloklanma ilə bağlı hər hansı tədbir görülməyib.
"Məsələnin nədən qaynaqlandığı ilə bağlı məlumatlı deyilik. Bloklanma bizim tərəfimizdən təsdiq edilməyib”, - açıqlamada qeyd olunub.
Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə bu həmin şəbəkənin verdiyi daxili qərarıdır.
"Hər hansı şirkət tərəfindən belə qadağaların müəyyənləşdirilməsi arzuolunan deyil. Nəzərə alsaq ki, hər bir şirkətin daxili qaydaları var, bu artıq özəl qurumun qəbul etdiyi qərardır. Bu qərarlara rəsmi səviyyədə müdaxilə etmək pratiki olaraq mümkün deyil. Yaxşı olardı ki, həmin şirkət Azərbaycan vətəndaşları üçün də online sifariş xidmətini aktivləşdirsin. Nəticədə hər bir müştərinin seçim imkanı olmalıdır. Özəl şirkət olduğu müdaxilə etmək olmur”, - deputat söyləyib.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüsenov deyir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət qurumu məsələyə müdaxilə etməlidir.
www.anews.az

"Online ticarət elə bir iş aparır ki, insanları daha çox özünə cəlb edir. Nəticədə online ticarət xidməti inkişaf etdikcə istehlakçıların hüquqları pozulur. Azərbaycanda bunun "əcaib" formalarını görə bilirik. "LC Waikiki” şəbəkəsinin bu cür addım atması çox təəccüb doğurur. Belə çıxır ki, şəbəkənin 2 qrupu var. Online satışa maraq göstərənlər və klassik satışın tərəfdarları. İsltehlakçılarla bağlı beynəlxalq sənədlərdə qeyd olunur ki, insanların seçim hüquqları var. Hesab edirəm tezliklə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət qurumu məsələyə müdaxilə etməlidir", - Hüseynov qeyd edib.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət qurumunun mövqeyini öyrənə bilmədik.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib