Gəncə xəstəxanasında tüstülənmə olub - Təxliyə olunanlar var

Gəncədə Abbas Səhhət adına 1 saylı Xəstəxanada tüstülənmə baş verib. Bu barədə Report agentliyi məlumat yayıb.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzi bildirib ki, baş verən tüstülənmənin qarşısı qısa müddətdə alınıb.
TƏBİB baş verən hadisə nəticəsində 58 nəfərin təxliyə edildiyini açıqlayıb. Bildirib ki, hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























