Ermənistanda əsir düşən hərbçinin göndərdiyi məktub anasına çatdırılıb

Hazırda Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun məktubu ailəsinə çatdırılıb. Bu barədə əsir hərbçinin anası Şəlalə Axundova modern.az-a məlumat verib.
Məktub BQXK nümayəndələri tərəfindən təqdim olunub.
www.anews.az
Məktub BQXK nümayəndələri tərəfindən təqdim olunub.
"Salam anam. Mənəm Hüsü. Necəsən, anam? Vəziyyət necədir? İnşallah, gələcəyəm, anam. Gözlə. Özünə yaxşı bax. Nə olar məktub yaz mənə", - məktubda deyilib.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi bir azərbaycanlı hərbçinin aprelin 10-da, ikincisinin isə aprelin 13-də saxlanıldığını bildirib. Daha sonra Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, iki hərbçi itkin düşüb, onlar əlverişsiz hava şəraiti səbəbindən yerdə azmış ola bilərlər.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşən iki Azərbaycan hərbçiləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun azad olunmaları ilə bağlı aidiyyətı beynəlxalq təşkilatlara rəsmi müraciət edib.
Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib