• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricilərin qəniminə çevrilən azərbaycanlılar saxlanıldı

Xaricilərin qəniminə çevrilən azərbaycanlılar saxlanıldı
18.03.2014 12:56
DİN Baş Cinayət Axtarış İdarəsi və Səbayel rayon 39-cu Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhərində xarici vətəndaşlara qarşı quldurluq və soyğunçuluq cinayətləri törətmiş 2 nəfər yaxalanıb. 
ANN.Az-a DİN-dən daxil olan məlumata görə, Bakı şəhər sakinləri, 19 yaşlı Kamran Aslanov və 21 yaşlı Qabil Cəfərov və 2014-cü il martın 13-də Nəsimi rayonu ərazisində Böyük Britaniya vətəndaşı Huges Robertə qarşı quldurluq cinayəti həyata keçiriblər. Onlar xarici vətəndaşı vuraraq yerə yıxıb 1 ədəd qızıl üzüyünü, 1 ədəd qol saatını və 2 ədəd mobil telefonunu zorla talayıblar.
İstintaq araşdırmaları ilə daha sonra müəyyən edilib ki, saxlanılan şəxslər 2014-cü ili martın 8-də Andrey Sarokinə qarşı da quldurluq ediblər. Onlar gecə saatlarında Andrey Sarokini döyərək 500 manat pulunu, mobil telefonunu və digər qiymətli əşyalarını zorla əlindən alıblar.
Faktlarla bağlı cinayət işi açılıb, istintaq saxlanılan şəxslərin digər bu kimi cinayətlər törədib törətmədiyini araşdırır. Gördüyünüz bu şəxslərin cinayət əməllərindən zərər çəkmiş və ya hər hansı məlumatı olan vətəndaşların Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi"nə və ya yaxınlıqdakı polis orqanına dərhal məlumat verilməsi xahiş olunur.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol