Ötən il 47% vətəndaşa icbari tibbi sığorta xidməti göstərilib

2022-ci il Azərbaycan əhalisinin 47%-i icbari tibbi sığorta xidmətlərindən istifadə edib. Bu barədə İcbari Tibbi Sığorta agentliyindən bildirilib.
Bildirilib ki, həmin dövr ərzində 4,5 milyon şəxsə xidmət göstərilib.
"Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 44
136 303 olub və bu göstərici 2021-ci il ilə müqayisədə 92% artım
deməkdir. Ötən il tibb müəssisələrinə 17 836 873 müraciət daxil olub. Müraciətlər
üzrə tibbi xidmətlərin 84%-i ambulator, 16%-i isə stasionar
şəkildə göstərilib. 2022-ci ildə dövlət tibb
müəssisələrində icra olunan əməliyyat və prosedurların sayı 2021-ci il ilə
müqayisədə 2 dəfə artaraq 354 260 təşkil edib", - qurumun açıqlamasında qeyd olunub.
2022-ci il İcbari Tibbi Sığorta agentliyinin müqavilə bağladığı özəl müəssisələrin sayı 20-dən 111-ə çatdırılıb. Hazırda qurum 122 tibb müəssisəsi ilə əməkdaşlıq edir.
İcbari tibbi sığorta agentliyi 2021-ci ilin aprelindən fəaliyyətə başlayıb. Agetliyin xidmətlər zərfinə 2550 sayda xidmət növü daxildir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























