Kardiologiya İnstitutu ahıl şəxslər üçün tibbi səyyar müayinə keçirib

Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxsləri üçün Sosial Xidmət Müəssisəsində səyyar tibbi müayinələr təşkil edib. Bu barədə Kardiologiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müayinələrə 70 nəfər cəlb olunub.
Tədbir çərçivəsində ixtisaslı həkimlər - həkim kardioloq, həkim-nevroloq tərəfindən diaqnostik müayinələr aparılıb. Müəssisə sakinləri exokardioqrafiya (EXO) və elektrokardioqramma (EKQ) müayinələrindən keçib.
Müayinə "Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyi akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə baş tutub.
Prosesin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























