• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal rayonunun ictimaiyyəti akademik Zərifə Əliyevanı yad edir

Yasamal rayonunun ictimaiyyəti akademik Zərifə Əliyevanı yad edir
27.04.2023 21:35
Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rəhbərliyi ilə rayon ictimaiyyətinin nümayəndələri akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü ilə əlaqədar onun Fəxri Xiyabandakı məzarını ziyarət edib və dərin ehtiramını bildiriblər. Burada rayon ictimaiyyəti Ulu Öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanı yad edib, gül dəstələri qoyublar. Daha sonra Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirildi, Ulu Öndər Heydər Əliyev, akademik Zərifə Əliyeva və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, daha sonra isə Zərifə xanım Əliyeva haqqında film nümayiş olundu.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirdi ki, Zərifə xanım Əliyeva  bütün elmi fəaliyyəti ilə yanaşı, eyni zamanda qayğıkeş ana, Ümummilli Liderimiz Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı olub. Daha sonra çıxış edən millət vəkili Emin Hacıyev, professor İradə Hüseynova, Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov və digər natiqlər  akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar, onun elmi fəaliyyəti və tədqiqatlarından danışdılar.Qeyd olundu ki, Zərifə xanım Əliyeva bütün ömrünü Azərbaycan elminin inkişafına, yüksək milli fundamental dəyərlərin formalaşmasına sərf edib. Dünya oftalmologiya elminin nəhəngləri Zərifə xanım Əliyevanı bu sahədə əvəzolunmaz alim kimi dəyərləndiriblər.

Tədbirin sonunda bir qrup ziyalı və elm xadiminə yubileyləri münasibətilə mükafatlar təqdim edildi

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol