Sürücü maşını polislərin üzərinə sürdü - VİDEO

Bakının Nəsimi rayonu ərazisində "Toyota Prius” markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edib. Onun daha sonra polisə müqavimət göstərməsini əks etdirən görüntüləri sosial şəbəkələrdə yayılıb.
www.anews.az
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, Nəsimi rayonu ərazisində "Toyota Prius” markalı avtomobilin saxlanılması narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəlidir.
"Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanovun idarə etdiyi avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbirlər zamanı polis əməkdaşlarına tabesizlik göstərən şəxsin saxlanılması DYP əməkdaşları ilə birgə təmin edilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Qurbanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”, - Hacıyev bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























