• $
  • €
  • ₽
  • ₺
  • £

Balıq ovu ilə məşğul olanlara müraciət edilib

Balıq ovu ilə məşğul olanlara müraciət edilib
28.04.2023 18:30
Kürütökmə dövründə balıq ovuna qoyulan moratoriumla əlaqədar Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidməti ilə birgə balıqovlama ilə məşğul olan şəxslərə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Belə ki, 2014-cü il 11 avqust tarixli 243 nömrəli fərmanın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən balıqların kürütökmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında, həmçinin Xaçmaz, Salyan, Neftçala və digər ərazilərdə balıq ovu ilə məşğul olan şəxslərə aprelin 1-dən sentyabrın 1-dək elan olunan moratorium müddətində balıq ovunu dayandırmaları, balıqların təbii artımına, çoxalmasına maneə yaradan əməllərdən çəkinmələri tövsiyə olunur.

Qadağan olunan vaxtlarda və qeyri-qanuni vasitələrlə balıq ovlanması ölkəmizin su bioresurslarının, o cümlədən də əhalinin qida rasionunda zəruri yer tutan balıq məhsullarının tamamilə azalmasına, hətta bəzi növlərin nəslinin kəsilməsinə şərait yarada bilər. Ona görə də bütün balıqçılardan müəyyən olunmuş tələblərə əməl etmələri tələb olunur. Əks təqdirdə, tələblərə məhəl qoymayan, balıq ovuna davam edən şəxslər barəsində Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görüləcək.

Su Nəqliyyatında Polis İdarəsi digər müvafiq dövlət orqanları ilə birgə ölkənin su hövzələrində tələb olunan qaydalara əməl olunması məqsədi ilə nəzarət tədbirlərini davam etdirir. Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol