• $
  • €
  • ₽
  • ₺
  • £

Külək Azərbaycanda orta məktəbin damını uçurdu

Külək Azərbaycanda orta məktəbin damını uçurdu
18.03.2014 11:58
Ötən gün ölkə ərazisində əsən güclü külək şimal bölgəsində ciddi ziyan vurub.Zərərçəkənlərin ANS PRESS-ə verdikləri məlumata görə, güclü külək Şabran rayonunda Ağalıq kəndində çadırda yaşayan ailəyə qorxulu anlar yaşadıb.

Belə ki, şiddətli külək nəticəsində yaxınlıqda olan irigövdəli çinar ağaclarının budaqları sınıb və çadırın üzərinə düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Ev sahibi Rövşən Quliyevin sözlərinə görə, ötən il baş verən zəlzələ nəticəsində onların evlərinə ciddi ziyan dəyib və nəticədə dəymiş ziyanın aradan qaldırılması üçün 2 ildir ki, çadırda yaşayırlar. 

R.Quliyev bildirib ötən gecədən Rayon Fövqəladə Hallar Komissiyasına müraciət etmələrinə baxmayaraq, onların şikayətləri ilə hələ ki maraqlanan olmayıb: “Burada yaşamaq çox təhlükəlidir. Niyə gəlib maralanmırlar. Gəlib bu iri çinar ağaclarını kəssinlər. Evlərin tikintisinin başa çatmasına baxmayaq bizə evə köçməyə icazə vermirlər”.

Şiddətli külək Şabran rayonun mərkəzində yaşayan Məcidov Hümbətin evinə də ciddi ziyan vurub. M. Hümbətin sözlərinə görə, külək oların evlərinin damını uçurub və evdə təhlükəli vəziyyət yaranıb. O, qeyd edib ki, yaranan vəziyyətlə əlaqədar olaraq Şabran Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Hələ ki, şikayətə baxanın olmadığı bildirilir.Külək Quba ronunda yerləşən evlərə də ciddi ziyan vurub. Rayonun mərkəzində yaşayan Əliyev Qulu Əliağa oğlununa məxsus evin damını külək aparıb. Q. Əliyev yaranan problemlə əlaqədar olaraq Quba Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra hakimiyyətindən isə ona məsələ ilə əlaqədar olaraq Komissiya yaradacaqlarını və evə dəyən ziyanın müəyyən ediləcəyini bildiriblər.Şabran rayon İcra Hakimiyyətindən isə edilən şikayətlərə cavab gecikməyib. Rayon İcra başçısının müavini İsrafil Mikayılov ANS PRESS-ə açıqlamasında güclü külək nəticəsində Şabran rayonunda yerləşən Uşaq Dünyası binasının və 1 saylı Şabran rayon orta məktəbinin damı uçub. Onun sözlərinə görə, hazırda fəsadın aradan qaldırılması iştiqamətində işlər görülür. İ. Mikayılov həmçinin qeyd edib ki, rayon sakinləri külək nəticəsində onlara dəyən ziyan barəsində İcra Hakimiyyətinə müraciət etməyiblər: “Müraciət etsələr biz dəymiş ziyanı araşdırmağa hazırıq”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol